Litva parlamenti “Vaqner” muzdlu hərbi təşkilatını terror qruplaşması kimi tanıyıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litva seymində qətnamə qəbul olunub.
Sənəddə bildirilib ki, “Vaqner”çilər ictimai təhlükəsizliyə təhdiddir.
Qətnamənin lehinə 117 deputat səs verib.