Pakistanda ən çox axtarılan terrorçu həbs edilib  

Pakistanda ən çox axtarılan terrorçu həbs edilib   

Pakistanda hüquq-mühafizə orqanları əməliyyat keçirərək qadağan olunmuş “Təhrik-e-Taliban” qruplaşmasının ən çox axtarılan terrorçusunu həbs edib.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Həbs edilən şəxsin “Əmjad” ləqəbli Əbdül Qaffar olduğunu və ondan partlayıcı maddələrin götürüldüyünü bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, saxlanılan şəxs qadağan olunmuş silahlı qruplaşmanın komandiri, “Müfti” ləqəbli Məhəmməd Əlinin yaxın adamı olub.

Hüquq-mühafizə orqanlarının sözçüsü bildirib ki, saxlanılan şəxs 2011-ci ilin oktyabrında Abdulla Şah Qazi ziyarətgahında terror aktını planlaşdırmaqda iştirak edib. Məlumatda qruplaşmanınn Çeçenistandan iki, Azərbaycandan bir və Kəraçidən iki yerli sakin də daxil olmaqla beş kamikadzedən ibarət olduğu bildirilir.