Azərbaycan Kubokunun final oyunu: Qurban Qurbanov Rəşad Sadıqova qarşı
Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.
Birxeber xəbər verir ki, final oyununda "Qarabağ"la "Zirə" üz-üzə gələcək.
Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. "Qartallar" "köhlən atlar"ın kubokda 39-cu rəqibi olacaq.
Azərbaycan Kuboku
27 may 19:00
"Qarabağ" - "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Ehtiyat köməkçi hakim: Kamran Bayramov
Hakim-inspektor: Frits Ştuxlik
Birxeber