İtaliyalı politoloq: “Bakı qlobal dialoq və multikultural dəyərlərin təbliği platformasına çevrilib”

İtaliyalı politoloq: “Bakı qlobal dialoq və multikultural dəyərlərin təbliği platformasına çevrilib”

"Qlobal Bakı Forumu kimi tədbirlər beynəlxalq əməkdaşlığın təhlili, beynəlxalq və transmilli münasibətlərin qurulması imkanları baxımından çox vacib əhəmiyyətə malikdir".

Bunu “Report”a açıqlamasında italiyalı politoloq Dominiko Letisiya deyib.

"Avropa Azərbaycanın beynəlxalq münasibətlərin inkişafı modeli ilə tanışdır. Bakı qlobal dialoq platformasına çevrilib, burada müxtəlif nəzər nöqtələrini başa düşmək və uzaq geosiyasi reallıqları birləşdirmək üçün daim addımlar atılır, təmas nöqtələri müəyyən edilir, müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığın inkişafı imkanlarının qiymətləndirilməsi həyata keçirilir”, - politoloq bildirib.

Forum panellərindən birinin enerji təhlükəsizliyi mövzusuna həsr olunduğunu qeyd edən Dominiko Letisiya bu məsələnin qlobal problemə çevrildiyini, enerji böhranı zamanı Azərbaycanın İtaliya və Avropaya kömək etdiyini əlavə edib.

"Azərbaycan və Avropa arasında əməkdaşlıq yüksək qiymətləndirilməlidir. Trans-Adriatik qaz kəməri və Azərbaycan sayəsində İtaliya bütün Aİ ölkələri üçün enerji habına çevrilib", - o deyib.

İtaliyalı politoloq həmçinin multikultural dəyərlərin təbliğində Azərbaycanın rolunu da qeyd edərək, Azərbaycanda ənənəvi keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun gələn ildən bərpa olunacağını xatırladıb. Onun sözlərinə görə, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkədir ki, bu da bütün dünya üçün layiqli nümunədir.

"Azərbaycanın qonşuları insan hüquqlarının pozulduğu İran, həmçinin etnik təmizləmə siyasəti yürüdən, xristian qardaşlığını əlində bayraq edərək Qərbdən istifadə etməyə çalışan, dindən siyasi şantaj aləti kimi istifadə edən Ermənistandır. Bu coğrafi kontekstdə dini dialoqu dövlət siyasəti səviyyəsinə qaldıran Azərbaycan var”, - ekspert qeyd edib.

Xarici siyasət Xarici siyasət
Türkiyə lideri: "Azərbaycan xalqının göstərdiyi həmrəyliyi əsla unutmayacağıq”

Türkiyə lideri: "Azərbaycan xalqının göstərdiyi həmrəyliyi əsla unutmayacağıq”

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Özbəkistan arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Özbəkistan arasında siyasi məsləhətləşmələr keçirilib

Xarici siyasət Xarici siyasət
Amerikalı ekspert: "Ermənistan beynəlxalq ictimaiyyəti aldadır"

Amerikalı ekspert: "Ermənistan beynəlxalq ictimaiyyəti aldadır"

Xarici siyasət Xarici siyasət
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun yeni detalları açıqlanıb

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun yeni detalları açıqlanıb

Xarici siyasət Xarici siyasət
Şavkat Mirziyoyev: "Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir"

Şavkat Mirziyoyev: "Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir"

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Ermənistanın hərbi-siyasi təxribatlarını müzakirə edib

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Ermənistanın hərbi-siyasi təxribatlarını müzakirə edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan Ombudsmanı Vaqif Xaçaturyana baş çəkib

Azərbaycan Ombudsmanı Vaqif Xaçaturyana baş çəkib

Xarici siyasət Xarici siyasət
Ekspert: “Azərbaycan qazı Serbiyanın təchizatı üçün əlavə mənbəyə çevriləcək”

Ekspert: “Azərbaycan qazı Serbiyanın təchizatı üçün əlavə mənbəyə çevriləcək”

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Qırğızıstan prezidentləri arasında məktub mübadiləsi olub

Azərbaycan və Qırğızıstan prezidentləri arasında məktub mübadiləsi olub

Xarici siyasət Xarici siyasət
Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

Xarici siyasət Xarici siyasət
Baş nazir Yair Lapid Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb

Baş nazir Yair Lapid Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Qətərdə BMT-nin ən az inkişaf etmiş ölkələr üzrə Konfransının açılışına qatılıb

Ceyhun Bayramov Qətərdə BMT-nin ən az inkişaf etmiş ölkələr üzrə Konfransının açılışına qatılıb