İrəvanda İkinci Dünya müharibəsi ilə bağlı abidənin təhqir olunmasına görə cinayət işi açılıb

İrəvanda İkinci Dünya müharibəsi ilə bağlı abidənin təhqir olunmasına görə cinayət işi açılıb

Ermənistan İstintaq Komitəsi İrəvanda İkinci Dünya müharibəsi ilə bağlı ucaldılmış abidənin təhqir olunması ilə bağlı cinayət işi açıb.

APA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, abidənin təhqir olunması ilə bağlı mediada gedən materiallar araşdırıldıqdan sonra xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Komitə sözçüsü bildirib ki, istintaq artıq bunu törədən şəxsin kimliyini müəyyən edib.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrin erməni seqmentində bir şəxsin abidəyə qoyulan əklilləri əzdiyini, Rusiya bayrağının rənglərini əks etdirən lentləri tapdaladığını əks etdirən video yayılıb.
Daha sonra Ermənistanın Baş Prokurorluğu abidənin təhqir olunması ilə bağlı onlara müvafiq müraciətin daxil olduğunu və bununla bağlı qanun çərçivəsində tədbir görüləcəyini bildirib.