Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub, saxlanılanlar var - YENİLƏNİB

Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub, saxlanılanlar var - YENİLƏNİB

Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanında polislə etirazçılar arasında toqquşma baş verib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, yolları bağlayan etirazçılar saxlanılmağa başlayıb.

Qeyd edək ki, polis nəqliyyatın hərəkətinin bərpa olunması üçün etirazçılara dəfələrlə xəbərdarlıq edib.

20:53

Tbilisidə Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası bərpa edilib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, hazırda Rustaveli prospekti boyunca yol bağlanıb.

Nümayişçilər əllərində “Rusiya qanunlarına yox”, “Rusiyaya yox, Avropaya hə” plakatları tutublar.

Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyaları 11 gündür ki, davam edir. Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.