Azərbaycanla Özbəkistan arasında Orta Dəhliz müstəvisində işbirliyinin qurulması müzakirə edilib

Azərbaycanla Özbəkistan arasında Orta Dəhliz müstəvisində işbirliyinin qurulması müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib.

APA-Economics” xəbər verir ki, forum çərçivəsində təşkil edilən “Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan” panel sessiyasında ölkələrimiz arasında strateji tərəfdaşlığın perspektivləri, ikitərəfli biznes əlaqələrinin yeni formatı və investisiyaların təşviqinin qarşılıqlı dəstəklənməsi təşəbbüsləri müzakirə olunub.

Sessiyada Özbəkistanla enerji sektoru, yüngül sənaye, avtomobil sənayesi, tikinti, turizm və digər sahələrdə perspektiv layihələr, həmçinin nəqliyyat-logistika, Orta Dəhliz müstəvisində səmərəli işbirliyinin qurulmasına dair fikir mübadiləsi aparılıb.