Şəmkirdə 57 yaşlı kişi evdə yanaraq ölüb

Şəmkirdə 57 yaşlı kişi evdə yanaraq ölüb

Şəmkir sakini evində yanıq xəsarətləri alaraq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Elcin Əmir oglu yaşadığı evdə huşunu itirərək evdəki qaz sobasının üzərinə yıxılıb. O, yanıq xəsarətləri alaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.