Samir Şərifov: "Enerji keçidi Azərbaycan kimi ölkələr üçün vacibdir"

Samir Şərifov: "Enerji keçidi Azərbaycan kimi ölkələr üçün vacibdir"

Enerji keçidi Azərbaycan kimi ölkələr üçün vacibdir, ölkələr keçidin rahat və müəyyən məqsədə yönəlmiş olmasını təmin etməliyik.

“Birxeber.Az”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı regionunda daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi” adlı tədbirdə deyib.

“Bu məsələdə COP28 mühüm rol oynayıb və enerji keçidi məsələsini ön plana çəkib. Biz bütün regionun inkişafına təkan verə biləcək layihələri də nəzərdən keçirməliyik”, - nazir vurğulayıb.

S.Şərifov xatırladıb ki, bugünkü görüşdə Orta Dəhlizin inkişafı məsələsi də müzakirə olunub.

Onun sözlərinə görə, Azərbaycan üçün Orta Dəhliz regionda ticarət və investisiya baxımından mühüm layihədir: “Sonda bütün həmkarlarımı noyabrda Bakıda keçiriləcək COP29 konfransına dəvət etmək istərdim”.