"Barselona" klubu Pedrini satışa çıxaracaq

"Barselona" klubu Pedrini satışa çıxaracaq

İspaniyanın "Barselona" klubu yay "transfer pəncərəsi"ndə Pedrini satışa çıxaracaq.

"Birxeber.Az" "Radio Marca"ya istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi dünyanın ən istedadlı futbolçularından hesab olunsa da, baş məşqçi Xavinin etimadını qazana bilməyib.

Belə ki, Pedrinin özünü inkişaf etdirməməsi və gecə həyatına qurşanması məşqçilər korpusunun ürəyincə deyil.

İspaniyalı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, Pedri cari mövsüm "Barselona"nın heyətində 29 oyuna çıxıb və 2 qol vurub.