İtaliya Azərbaycanla regionda sülhün əldə olunmasına çalışır

İtaliya Azərbaycanla regionda sülhün əldə olunmasına çalışır

İtaliya Xəzər dənizində infrastrukturun qorunması üçün hər cür yardım göstərir və Azərbaycanla birlikdə bu regionda sülhün əldə olunmasına çalışır.

Bunu "Birxeber.Az"a açıqlamasında İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule deyib.

O qeyd edib ki, İtaliyanın Azərbaycanla güclü tərəfdaşlıq əlaqələri var və bu münasibətlər enerji əməkdaşlığına deyil, ümumi dəyərlərə əsaslanır.

Onun sözlərinə görə, ölkələr həm də güclü parlamentlərarası əlaqələr qurmağı planlaşdırır:

"Azərbaycan parlamenti ilə əməkdaşlıq haqqında protokol hazırlayırıq. Bu gün səhər sizin parlamentinizin sədri ilə əməkdaşlığımızın yenilənməsi barədə müzakirələr apardıq. Xəzər dənizində infrastrukturu qorumalıyıq və İtaliya bununla bağlı hər cür köməklik göstərir. Biz Azərbaycanla birlikdə bu regionda (Cənubi Qafqazda) qarşılıqlı hörmət əsasında sülhün əldə olunmasına çalışırıq və qarşılıqlı hörmət prinsipi razılaşmanın əldə olunması üçün ən azı ilkin şərt olmalıdır”.