Entoni Blinken: "ABŞ sərhədin delimitasiyası üzrə Azərbaycan və Ermənistan komissiyalarının birinci görüşünü alqışlayır"
ABŞ sərhədin delimitasiyası üzrə Azərbaycan və Ermənistan komissiyalarının birinci görüşünün keçirilməsini alqışlayır.
Birxeber Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken öz "Twitter" səhifəsində yazıb.
"ABŞ Azərbaycanla Ermənistan arasında Aİ-nin vasitəçiliyi ilə keçirilən danışıqları alqışlayır və regionda sülhün dəstəklənməsi üçün ikitərəfli müsbət dialoqun davamına çağırır", - E.Blinken qeyd edib.
Birxeber