"Atletiko" klubu qapıçısını transferə çıxarıb

"Atletiko" klubu qapıçısını transferə çıxarıb

İspaniyanın "Atletiko" klubu qapıçısı Yan Oblakı transferə çıxarıb.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu yüksək maaş büdcəsini tənzimləmək üçün onu satmaq qərarına gəlib.

Qeyd edək ki, qolkiper 2014-cü ilin iyulundan "Atletiko"nun formasını geyinir. 31 yaşlı sloveniyalı bu mövsüm Madrid klubunun heyətində keçirdiyi 49 oyunda 64 qol buraxıb.

"Transfermarkt" portalı Yan Oblakın bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirib.