Qazaxıstanın aşağıbüdcəli aviaşirkəti Aktaudan Bakıya uçuşlara başlayır

Qazaxıstanın aşağıbüdcəli aviaşirkəti Aktaudan Bakıya uçuşlara başlayır

Mayın 15-dən Qazaxıstanın aşağıbüdcəli aviaşirkəti “FlyArystan” Aktaudan Bakıya birbaşa uçuşlara başıayır.

“Birxeber.Az” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, birbaşa reyslər həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və bazar günləri həyata keçiriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "Birxeber.Az"a verilən məlumata görə, hazırda "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) Aktaudan Bakıya həftənin hər günü birbaşa uçuşlar həyata keçirir.