Norveçli səyahətçi: Ərazilərin minalarla çirklənməsinin çox dəhşətli nəticələri var

Norveçli səyahətçi: Ərazilərin minalarla çirklənməsinin çox dəhşətli nəticələri var

Azərbaycanın ərazilərini tez bir zamanda minalardan təmizləməsi vacibdir, çünki ərazilərin minalarla çirklənməsinin çox dəhşətli nəticələri var.

Bunu “Report”a açıqlamasında Azərbaycanın azad edilmiş ərazilərinə səfəri ilə bağlı təəssüratlarını bölüşən norveçli səyahətçi Mayk Byorstad deyib.

“Mən istərdim ki, Azərbaycan tezliklə ərazilərini minalardan təmizləsin. Onların nəticələri dəhşətlidir. Mən Laos kimi ölkələrdə olmuşam və minaların nələrə səbəb ola biləcəyini yaxşı bilirəm. Ümid edirəm ki, gələcəkdə hər şey sizin üçün yaxşı olacaq”, - o vurğulayıb.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olurlar.