Türkiyənin 8 vilayətində əməliyyat keçirilib, 42 nəfər saxlanılıb
Türkiyənin Bursa və digər 7 vilayətində mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat keçirilib.
Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, həyata keçirilən əməliyyat nəticəsində mütəşəkkil cinayətkar qrupun fəaliyyətinin qarşısı alınıb, 42 nəfər saxlanılıb.