Kurtua Avropa çempionatında iştirak etməyəcək

Kurtua Avropa çempionatında iştirak etməyəcək

Belçika millisinin baş məşqçisi Domeniko Tadesko zədə səbəbindən mövsümün böyük hissəsini buraxan "Real Madrid"in təcrübəli qapıçısı Tibo Kurtuanın futbol üzrə AVRO-2024-də iştirak etməyəcəyini açıqlayıb.

Apasport.az xəbər verir ki, 31 yaşlı qolkiper ötən ilin avqustunda ön çarpaz bağını zədələmişdi. O, sürətlə sağalsa da, bu yay Almaniyada meydana çıxmayacaq.

Kurtuanın yoxluğunda Belçikanın qapısını Koen Kastilsin qoruyacağı gözlənilir .

Qeyd edək ki, Kurtua 102 dəfə millinin formasını geyinib.

Belçika AVRO-2024 -də E qrupunda Rumıniya, Ukrayna və Slovakiya ilə mübarizə aparacaq.