Tbilisidə etiraz aksiyasında yaralanmış 15 nəfər xəstəxanalara yerləşdirilib

Tbilisidə etiraz aksiyasında yaralanmış 15 nəfər xəstəxanalara yerləşdirilib

Tbilisidə 1-2 may tarixlərində parlament binasının qarşısında keçirilən etiraz aksiyasında yaralanmış 15 nəfər müxtəlif xəstəxanalara yerləşdiriliblər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Yaralılar arasında polis əməkdaşlarının da olduğu bildirilib.
Onlardan bəzilərinin artıq xəstəxanadan buraxıldığı vurğulanıb.