Xusrav Noziri: "Azərbaycan turizm sektorunun inkişafı üçün əhəmiyyətli səylər göstərib”

Xusrav Noziri: "Azərbaycan turizm sektorunun inkişafı üçün əhəmiyyətli səylər göstərib”

Azərbaycan hökuməti turizm sektorunun inkişafı üçün əhəmiyyətli səylər göstərib.

"Birxeber.Az" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri bu gün Bakıda keçirilən "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nda deyib.

O, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının turizm sahəsində məqsədlərinə sadiqliyini yüksək qiymətləndirib: “Odlar ölkəsinə artan ziyarətçi axını sübut edir və hər bir üzv dövlətin turizm istiqamətində səylərini dəstəkləyəcəyik".