Azərbaycan Basketbol Liqası: "Neftçi" və "Xırdalan" pley-offda ikinci oyuna çıxacaqlar

Azərbaycan Basketbol Liqası: "Neftçi" və "Xırdalan" pley-offda ikinci oyuna çıxacaqlar

Bu gün Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Neftçi" və "Xırdalan" komandaları ikinci oyuna çıxacaqlar.

"Birxeber.Az" xəbər verir ki, 1/4 finalın ilk duelində "Xırdalan" rəqibini 80:75 hesabı ilə üstələyib.

"Ağ-qaralar" bu matçda da məğlub olarsa, mübarizəni dayandıracaq. Qələbə təqdirində isə üçüncü - sonuncu oyuna ehtiyac duyulacaq.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək matç 19:30-da başlayacaq.

Qeyd edək ki, bu mərhələnin digər görüşündə ötən gün "Xəzri" klubu "Sərhədçi"yə qalib gəlib - 98:64.