Kənan Qasımov: "İƏT ölkələri Azərbaycanın hədəf turizm bazarlarıdır"

Kənan Qasımov: "İƏT ölkələri Azərbaycanın hədəf turizm bazarlarıdır"

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələr Azərbaycanın hədəf turizm bazarları sayılır.

"Birxeber.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

"Həmin bazarlardan ölkəyə gələn turistlərin sayının artırılması əsas hədəflərimizdəndir. Bu baxımdan turizm şirkətlərinin proseslərə qoşulması əlavə önəm kəsb edir. Çalışırııq ki, üzv dövlətlər arasında bu cür əlaqələrin yaradılmasına nail olaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu" keçirilir.