VI Mədəniyyətlərarası Dialoq Forumunda “İpək yolu”na həsr olunmuş sessiya baş tutub

VI Mədəniyyətlərarası Dialoq Forumunda “İpək yolu”na həsr olunmuş sessiya baş tutub

Bakıda keçirilən VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə “Üfüqləri birləşdirək: “İpək yolu” proqramın müasir trendləri və qlobal təsiri” adlı panel sessiya baş tutub.

APA xəbər verir ki, panel zamanı çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanın tarix boyunca ticari əhəmiyyətinə diqqət çəkib.

Nazir müavini “İpək yolu”nun siyasi-iqtisadi birlik anlayışına təsiri məsələsinə də toxunub.

Bakı Türk Akademiyasının prezidenti professor Şahin Mustafayev isə “İpək yolu”nun tarixi keçmişinə nəzər salıb. Professor sözügedən ticarət yolu üçün Azərbaycanın yerləşdiyi coğrafi mövqenin əhəmiyyətinə toxunub: “Azərbaycan tarixən “İpək yolu”nun əsas hissəsində yerləşib. “İpək yolu” siyasi, iqtisadi, mədəni münasibətlərə təsir göstərirdi və Azərbaycanın da burada seçilən bir məkan olmasına rəvac verirdi”.

Daha sonra panelin moderatoru Azərbaycanın Mərakeşdəki səfiri, eləcə də İSESCO yanında daimi nümayəndəsi Nazim Səmədov, Şri-Lankanın UNESCO yanında daimi nümayəndəsi Manişa Qunasekara, Türkiyə Qazi Universiteti Təhsil fakültəsi üzrə Sosial elmlər təhsil bölməsinin professoru Bülent Aksoy, UNESCO-nun “İpək yolu” proqramının mütəxəssisi Mehrdad Şahabanq mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Panel sessiya ümumi suallarla davam etdirilib.