Banqladeş nümayəndəsi: UNESCO-da yaradıcı şəhər şəbəkəsi qurulub, həmin şəhərlərdən biri də Bakıdır

Banqladeş nümayəndəsi: UNESCO-da yaradıcı şəhər şəbəkəsi qurulub, həmin şəhərlərdən biri də Bakıdır

UNESCO-da 2004-cü ildə yaradıcı şəhər şəbəkəsi qurulub. Burada yaradıcı şəhərlər haqqında müzakirələr aparırıq, hansı ki, Bakı da həmin şəhərlərdən biridir.

Report” xəbər verir ki, bunu Banqladeşin UNESCO yanında Daimi Nümayəndəsi, səfir Xondker Mohammad Talha Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Müasir inkişaf tendensiyalarının və iqtisadi müxtəlifliyin təmin edilməsində mədəni və yaradıcı sənayelərin əhəmiyyəti" mövzusunda panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaradıcı iqtisadiyyat cəmiyyətlərdə daha böyük rola malikdir.

"Kreativ sənaye bu gün dünya trendinə çevrilib ki, UNESCO da buna xüsusilə diqqət yetirir. Yaradıcı sənətkarları və şəhərləri qorumaq lazımdır. Bunun üçün qanunvericilikdə mühafizəedici sistem yoxdur, lakin hesab edirəm ki, yaradılmalıdır. Bu forum sözügedən məsələləri müzakirə etmək üçün çox vacibdir və bu cür tədbirlər mədəniyyətləri bir araya gətirir, həmçinin sülh yarada bilmək potensialına malikdir", - Banqladeş nümayəndəsi qeyd edib.