Nazir: "Azad edilən ərazilərdə yaradılacaq yeni nəqliyyat dəhlizləri bölgə ölkələri üçün faydalı olacaq"
“Azad edilən ərazilərdə yaradılacaq yeni nəqliyyat dəhlizləri bütün bölgə ölkələri, o cümlədən Ermənistan üçün də faydalı olacaq. Bir sözlə, həmin dəhlizlər hər kəs üçün faydalı olacaq”.
“Birxeber.Az”un xəbərinə görə, bu fikirləri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
O, hazırda azad edilən ərazilərdə dəmiryollarının və magistral yolların tikintisinin davam etdirildiyini vurğulayıb: “Biz bu dəhlizin hər kəs üçün faydalı olacağından əminik. Bu dəhlizlər təkcə Avropa üçün yox, bölgə üçün də çox faydalı olacaq”.