Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb

Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb

Bakıda 33 yaşlı kişi quyuya düşərək ölüb.

"Report"un məlumatına görə, hadisə şəhərin Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev tullantı maddələr axıdılan quyuya düşərək həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.