Kuleba: Ukraynanın enerji infrastrukturunun yarısı zədələnib

Kuleba:  Ukraynanın enerji infrastrukturunun yarısı zədələnib

Rusiyanın hücumları nəticəsində Ukraynanın enerji infrastrukturunun yarısı zədələnib.

“Report” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Foreign Policy” nəşrinə müsahibəsində deyib.

O, bunun əsas səbəblərindən biri kimi “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükünün gecikdirilməsini göstərib.

Nazirin fikrincə, enerji sektorunda oxşar vəziyyət başqa ölkədə yaransaydı, hər şey bundan da pis ola bilərdi:

“Rusiyanın ballistik raketləri bu müharibənin əsl faciəsidir. Son zamanlar onlardan əsasən bizim enerji sistemimizi məhv etmək üçün istifadə olunur.

Cəsarətlə deyə bilərəm ki, başqa bir ölkə bu miqyasda enerji infrastrukturu dağıntısından əziyyət çəksə idi, vəziyyət daha pis olardı. Biz mübarizə aparırıq. Çünki çox şey öyrənmişik. Biz hələ də ölkəni idarə etməliyik”.