Mübariz Tağıyev Gəncə Filarmoniyasında konsert verib

Mübariz Tağıyev Gəncə Filarmoniyasında konsert verib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev “Xatirə” adlı konsert proqramı ilə çıxış edib.

Filarmoniyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə konsertdə müğənninin ifasında sevilən mahnıları tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.

Həmçinin gecədə filarmoniyanın solistləri Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Samir Məmmədov, Yaqub Yaqubzadə, Əli Məmmədov, Azər Verdiyev, Vasif Bayramov sənətkarın repertuarından mahnılar ifa ediblər.

Konserti Şəhriyar Tağıyevin rəhbərliyi Estrada Ansamblı müşayiət edib.