Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub

Görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun I Fəxri xiyabanda ucaldılan qəbirüstü abidəsinin açılış mərasimi olub.

"Birxeber.Az" xəbər verir ki, açılış mərasimində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin sədri, Xalq artisti Rasim Balayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, deputat Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq yazıçısı Anar Rzayev, Bakı Musiqi Akademiyasın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, tanınmış aktyor, aktisalar və Xalq artistinin ailə üzvləri iştirak edib.

Anar Rzayev çıxışına "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı" bayatısının misraları ilə başlayıb və R.İbrahimbəyovun yaradıcılığını yüksək qiymətləndirdiyini qeyd edib.

Rasim Balayev xatırladıb ki, R.İbrahimbəyovun vəfatından artıq bir il ötür:

"İllər tez-tez keçir. Onun işlərini biz onun kimi edə bilmirik, onu əvəz edə bilmirik. Elə adam var evdən gedir, elə adam var eldən gedir. Bizim respublikamız üçün çox böyük itki oldu. Rüstəm sənəti ilə, qabiliyyəti ilə, intellektual səviyyəsi ilə bütün dünyada məşhur bir adam idi. Azərbaycanı çox bacarıqla vəsf edirdi".

Ç.Abdullayev R.İbrahimbəyovun qəbirüstü abidəsini bəyəndiyini vurğulayıb:

"Rüstəm özü də bu abidəni bəyənərdi. Mən fəxr edirəm ki, onunla dost olmuşam".

Qəbirüstü abidənin müəllifi A.Zeynalov hazırlıq prosesini barədə məlumat verib:

"Abidəni hazırlamaqdan məmnunam. Əsərin eskizini ailə ilə birgə hazırlamışıq".

İncəsənət İncəsənət
İndoneziya rejissorları Bakıda yaşayan ailənin xoşbəxtliyi və sevgisi barədə film çəkib

İndoneziya rejissorları Bakıda yaşayan ailənin xoşbəxtliyi və sevgisi barədə film çəkib

İncəsənət İncəsənət
Bakıda Cəmilə Hacıyevanın "Septem" multisensor sərgisi açılıb - FOTO

Bakıda Cəmilə Hacıyevanın "Septem" multisensor sərgisi açılıb - FOTO

İncəsənət İncəsənət
Vaxtanq Kikabidze dəfn olunub

Vaxtanq Kikabidze dəfn olunub

İncəsənət İncəsənət
Bakıda fiziki məhdudiyyətli insanlar üçün xüsusi moda nümayişi keçirilib

Bakıda fiziki məhdudiyyətli insanlar üçün xüsusi moda nümayişi keçirilib

İncəsənət İncəsənət
İtaliyada muzeydən 19-cu əsrə aid portret oğurlanıb

İtaliyada muzeydən 19-cu əsrə aid portret oğurlanıb

İncəsənət İncəsənət
Rəvanqulu Xanın portreti Qərbi Azərbaycan İcmasına hədiyyə edilib

Rəvanqulu Xanın portreti Qərbi Azərbaycan İcmasına hədiyyə edilib

İncəsənət İncəsənət
"Terminator"da həkim rolunda çıxış edən aktyor ölüb

"Terminator"da həkim rolunda çıxış edən aktyor ölüb

İncəsənət İncəsənət
Ququş səhnədən gedib

Ququş səhnədən gedib

İncəsənət İncəsənət
“Quççi”nin kreativ direktoru vəzifəsini tərk edib

“Quççi”nin kreativ direktoru vəzifəsini tərk edib

İncəsənət İncəsənət
Talış kəndində bayram konserti keçirilib - FOTOREPORTAJ - YENİLƏNİB

Talış kəndində bayram konserti keçirilib - FOTOREPORTAJ - YENİLƏNİB

İncəsənət İncəsənət
Əməkdar artist: “Tənqid etdiyimiz adamlar arasında nəticə çıxaranlar var”

Əməkdar artist: “Tənqid etdiyimiz adamlar arasında nəticə çıxaranlar var”

İncəsənət İncəsənət
Filarmoniyada Xalq artisti Rauf Abdullayevin 85 illiyi qeyd edilib

Filarmoniyada Xalq artisti Rauf Abdullayevin 85 illiyi qeyd edilib