Nazir: “TEKNOFEST-Azərbaycan” Türkiyə ilə dostluq və qardaşlıq nümunəsidir” - VİDEO
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı ilk dəfə ölkə Türkiyədən kənarda, məhz Azərbaycanda keçirilir. Bu, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəsidir”.
Birxeber xəbər verir ki, bu sözləri Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının rəsmi açılış mərasimində rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib:
“Bu festivalı iki ölkənin birlikdə keçirməsi dünyaya mesajdır. "TEKNOFEST” gənclərin festivalıdır. Azərbaycan xalqı haqlı olaraq öz gəncləri ilə fəxr edir. Çünki Ali Baş Komandanın rəhbərliyi ilə gənclərimiz 30 ilə qədər işğalda olan torpaqlarımızı azad edib. Bu zəfərdə bütün nəsillərin rolu var. “TEKNOFEST” 6 ay ərzində bizə birgə işləməyi və məhsulları bölüşməyi təşviq edib, insanların texnologiyaya marağını artırıb”, - deyə nazir qeyd edib.
Birxeber