Azərbaycan Kuboku: "Zirə" ilk oyunda qələbə qazanıb

Azərbaycan Kuboku: "Zirə" ilk oyunda qələbə qazanıb

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

"Birxeber.Az"un məlumatına görə, günün ilk matçında "Səbail" "Zirə"ni qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1. 48-ci dəqiqədə meydan sahiblərinin heyətində Anas Najah avtoqol müəllifi olub. 59-cu dəqiqədə "qartallar"ın müdafiəçisi Ruan Renato fərqi iki topa çatdırıb.

70-ci dəqiqədə "dənizçilər"in heyətində Aleksandr Ramalinqom cərimə zərbəsindən fərqlənməklə baxımlı qola imza atıb.

Cavab qarşılaşması fevralın 8-də Zirədə reallaşacaq.

Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Sabah"ın qonağı olacaq. 1/4 final mərhələsinin digər iki oyunu yanvarın 31-də gerçəkləşəcək.