Azərbaycanda “Masdar” ilə 10 QVt-luq “yaşıl enerji” layihələri müzakirə edilib

Azərbaycanda “Masdar” ilə 10 QVt-luq “yaşıl enerji” layihələri müzakirə edilib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti və məsləhətçi şirkətlərin nümayəndələri arasında yaşıl enerji sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib.

Bu barədə “Birxeber.Az”a AREA-dan məlumat verilib.

Bildirilib ki, AREA-nın direktoru Cavid Abdullayev və “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayevin iştirakı ilə keçirilən görüşdə “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan 10 QVt-luq “yaşıl enerji” layihələrinin inkişafı ilə bağlı məsləhətçi şirkətlər tərəfindən aparılan araşdırmaların nəticələri təqdim olunub, təkliflər qiymətləndirilib.

Məsləhətçi şirkətlərin nümayəndələri təqdimatla çıxışlarında dənizdə külək enerjisinin inkişafı, dənizdə quraşdırılan turbinlərin üstünlüyü və imkanları, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialından istifadə edilməklə yaşıl hidrogen istehsalı barədə geniş məlumatlar veriblər.

İki gün ərzində davam edən müzakirələrdə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya "yaşıl hidrogen" ixracı imkanları, "yaşıl hidrogen"in inkişafı istiqamətləri, müxtəlif senarilərdə elektrik enerjisi istehsalı, istehlakı, gələcəkdə Azərbaycanın elektrik enerjisi tələbatında hidrogen enerjisinin istifadə imkanları barədə aparılmış araşdırmaların nəticələri barədə danışılıb, qarşılıqlı müzakirələr aparılıb.

Energetika Energetika
Azərbaycan və Belçika dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlıq edəcək

Azərbaycan və Belçika dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlıq edəcək

Energetika Energetika
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Energetika Energetika
Ekspert: “İranla Rusiya arasında enerji mübadiləsi Azərbaycan vasitəsilə daha yaxşı təmin olunacaq”

Ekspert: “İranla Rusiya arasında enerji mübadiləsi Azərbaycan vasitəsilə daha yaxşı təmin olunacaq”

Energetika Energetika
“Azəri-Mərkəzi-Şərqi” platformasının üst modulu əməliyyat yerinə yola salınıb

“Azəri-Mərkəzi-Şərqi” platformasının üst modulu əməliyyat yerinə yola salınıb

Energetika Energetika
ABŞ Rusiyadan neft tədarükü üçün bütün əməliyyatlara icazə verib

ABŞ Rusiyadan neft tədarükü üçün bütün əməliyyatlara icazə verib

Energetika Energetika
Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya "yaşıl" enerji nəqli üzrə memorandum imzalayacaq

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya "yaşıl" enerji nəqli üzrə memorandum imzalayacaq

Energetika Energetika
“Qazprombank”: “Azərbaycanın neft-qaz sektoru qısamüddətli perspektivdə sürətlənəcək”

“Qazprombank”: “Azərbaycanın neft-qaz sektoru qısamüddətli perspektivdə sürətlənəcək”

Energetika Energetika
Energetika Nazirliyi enerji resurslarından səmərəli istifadəyə nəzarət edəcək

Energetika Nazirliyi enerji resurslarından səmərəli istifadəyə nəzarət edəcək

Energetika Energetika
Bu gün Lökbatan qəsəbəsində qaz olmayacaq

Bu gün Lökbatan qəsəbəsində qaz olmayacaq

Energetika Energetika
Azərbaycan nefti 3 % bahalaşıb

Azərbaycan nefti 3 % bahalaşıb

Energetika Energetika
Cilberto Piketto Fratin: "İtaliya Azərbaycandan qaz idxalının artırılmasında maraqlıdır"

Cilberto Piketto Fratin: "İtaliya Azərbaycandan qaz idxalının artırılmasında maraqlıdır"

Energetika Energetika
Azərbaycan Qətərlə Yaşmada qaz-turbin elektrik stansiyası inşası ilə bağlı müzakirələr aparır

Azərbaycan Qətərlə Yaşmada qaz-turbin elektrik stansiyası inşası ilə bağlı müzakirələr aparır