Bakıda 54 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb
Bakının Sabunçu rayonunda 54 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report"un məlumatına görə, 1969-cu il təvəllüdlü Həsənova Səadət Əlisöhbət qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.