Naxçıvanda qadınlar sosial-iqtisadı, mədəni, ictimai həyatda fəal iştirak edirlər

Naxçıvanda qadınlar sosial-iqtisadı, mədəni, ictimai həyatda fəal iştirak edirlər

Naxçıvan Muxtar Respublikasında qadınlar ölkəmizin hər yerində olduğu kimi dövlət quruculuğu, hüquq-mühafizə, elm, səhiyyə, təhsil, mədəniyyət, idman, kənd təsərrüffatı və digər sahələrdə aktiv fəaliyyət göstərirlər.

“Birxeber.Az”un Naxçıvan bürosunun məlumatına görə, bunu statistik rəqəmlər də təsdiq edir. Belə ki, muxtar respublika əhalisinin 50,05 %-i, işləyən təbəqənin 33 %-i qadınların payına düşür.

Təhsil sahəsində işləyənlərin 70,13 %-ni, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində işləyənlərin 82,05 %-ni, istirahət, əyləncə-incəsənət sahəsində işləyənlərin isə 61,37 %-ni məhz qadınlar təşkil edir. Həmçinin dövlət qulluğunda işləyənlərin 24,1 faizi də zərif cinsin nümayəndələridir.

Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 24.44 %-ni qadınlar təşkil edir. Həmçinin muxtar respublikadan Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır.

Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsil olunmaları da özünü müsbət yöndə göstərməkdədir. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 25 605-i, yaxud 44,14 faizi qadındır ki, onların da 110-u ərazi ilk partiya təşkilatının sədridir. Sonuncu bələdiyyə seçkilərində üzvlərin 221-ni qadınlar təşkil edib ki, onların da 10-u bələdiyyə sədridir.

Muxtar respublikada Ali Məhkəmənin sədri, Ombudsman, icra başçısı, nazir, komitə sədri, həmçinin müavinləri, hakim və vəkil vəzifələrində çalışan qadınlar kifayət qədərdir. Muxtar respublikanın idarə və təşkilatlarında onlarla qadın rəhbər vəzifələrdə işləyir. Eyni zamanda 8 mindən artıq qadın idmana məşğul olur ki, bu da idmanla məşğul olanların 26 faizi deməkdir.

Naxçıvan qadınları professor, elmlər doktoru, dosent, fəlsəfə doktoru kimi elmi dərəcələrə yiyələnərək, elmi fəaliyyətləri ilə Azərbaycan elminə mühüm töhfələr verir. Belə ki, muxtar respublikada 1 professor, 6 elmlər doktoru, 60-dan artıq dosent, 100-dən artıq fəlsəfə doktoru qadındır.

Daxili siyasət Daxili siyasət
Hərbi İnstitutda növbəti konfrans keçirilib

Hərbi İnstitutda növbəti konfrans keçirilib

Daxili siyasət Daxili siyasət
Məzahir Pənahov Qazaxıstanda prezident seçkilərini müşahidə edəcək

Məzahir Pənahov Qazaxıstanda prezident seçkilərini müşahidə edəcək

Daxili siyasət Daxili siyasət
Qarabağ münaqişəsi dövründə itkin düşənlərin 80 faizi hərbçidir

Qarabağ münaqişəsi dövründə itkin düşənlərin 80 faizi hərbçidir

Daxili siyasət Daxili siyasət
Cəlilabadda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub

Cəlilabadda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub

Daxili siyasət Daxili siyasət
Zəfər Günündə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü olacaq

Zəfər Günündə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü olacaq

Daxili siyasət Daxili siyasət
Milli Qəhrəman Əliyar Əliyevin oğlu: "Atamın yolunu davam etdirsəm də, onun ucaldığı zirvəyə çata bilmədim"

Milli Qəhrəman Əliyar Əliyevin oğlu: "Atamın yolunu davam etdirsəm də, onun ucaldığı zirvəyə çata bilmədim"

Daxili siyasət Daxili siyasət
Prezident İlham Əliyev: "Basqal qəsəbəsinin tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır"

Prezident İlham Əliyev: "Basqal qəsəbəsinin tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır"

Daxili siyasət Daxili siyasət
Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib

Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib

Daxili siyasət Daxili siyasət
“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirilir

“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirilir

Daxili siyasət Daxili siyasət
Mahir Abbaszadə: “Parabüzən” filmində erməni zülmündən qaçan insanların ağrılarını və əzmini hiss etdik"

Mahir Abbaszadə: “Parabüzən” filmində erməni zülmündən qaçan insanların ağrılarını və əzmini hiss etdik"

Daxili siyasət Daxili siyasət
Milli Məclis Aparatının əməkdaşları TBMM-də təcrübə mübadiləsində iştirak edir

Milli Məclis Aparatının əməkdaşları TBMM-də təcrübə mübadiləsində iştirak edir

Daxili siyasət Daxili siyasət
Dövlət başçısı: "Azərbaycan iki ildən çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb"

Dövlət başçısı: "Azərbaycan iki ildən çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb"