"Barselona"nın futbolçusu əməliyyat olunub

"Barselona"nın futbolçusu əməliyyat olunub

İspaniyanın "Barselona" klubunun futbolçusu Alexandro Balde əməliyyat olunub.

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi sağ ayağındakı vətərə görə cərrahi müdaxiləyə ehtiyac duyub.

Finlandiyanın Turku şəhərindəki əməliyyat uğurlu alınıb. Onun nə vaxt yaşıl meydanlara qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, Balde cari mövsüm "Barselona"da 28 oyunda meydanda olub.