Futbol klubunun avtobusu qəzaya düşüb, idman direktoru xəsarət alıb - YENİLƏNİB-2

Futbol klubunun avtobusu qəzaya düşüb, idman direktoru xəsarət alıb - YENİLƏNİB-2

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) futbol klubunun avtobusunun qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

İdarədən "Birxeber.Az"un Yuxarı Şirvan bürosuna bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Belə ki, bu gün saat 13:00 radələrində Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrliyində, Basqal qəsəbəsi ərazisində hərəkətdə olan "Mercedes" markalı BA 004 KU qeydiyyat nişanlı avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirərək qarşıdan gələn 77-EF-972 dövlət qeydiyyat nişanlı "MACK" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və avtobusun sərnişini "Mingəçevir" Futbol Klubunun əməkdaşı 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəsarət alaraq tibb müəssisələrinə yerləşdirilib.

Qəzanın baş verdiyi əraziyə YPX əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

15.20

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, 2 nəfər xəsarət alıb.

Bu barədə "Birxeber.Az"un Yuxarı Şirvan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtobusla yük avtomobili toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və "Mingəçevir" klubunun idman direktoru Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

13.49

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, xəsarət alanlar var.

Peşəkar Futbol Liqasından (PFL) “Birxeber.Az”a verilən məlumata görə, hadisə bu gün “Mingəçevir” futbol komandası I Divizionun XX turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib.

Komandanı aparan avtomobil yolda qəzaya uğrayıb. Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb.

Futbol Futbol
Ramin Musayev: "Mənə futbolsuz daha rahatdır" - MÜSAHİBƏ

Ramin Musayev: "Mənə futbolsuz daha rahatdır" - MÜSAHİBƏ

Futbol Futbol
Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Futbol Futbol
“Liverpul”un hücumçusu Ronaldu ilə komanda yoldaşı olur

“Liverpul”un hücumçusu Ronaldu ilə komanda yoldaşı olur

Futbol Futbol
“Sumqayıt” ilk əcnəbi transferini açıqlayıb

“Sumqayıt” ilk əcnəbi transferini açıqlayıb

Futbol Futbol
Avropa Liqası: "Yuventus" məğlubiyyətdən qaçıb, "Roma" "Bayer"ə qalib gəlib

Avropa Liqası: "Yuventus" məğlubiyyətdən qaçıb, "Roma" "Bayer"ə qalib gəlib

Futbol Futbol
Konfrans Liqası: "Sabah" və "Partizan"ın start heyətləri açıqlanıb

Konfrans Liqası: "Sabah" və "Partizan"ın start heyətləri açıqlanıb

Futbol Futbol
Azərbaycan millisinin məşqçisi: “Futbolçuların vəziyyəti ürəkaçan deyil”

Azərbaycan millisinin məşqçisi: “Futbolçuların vəziyyəti ürəkaçan deyil”

Futbol Futbol
"Şamaxı" qapıçısı ilə müqaviləni uzadıb

"Şamaxı" qapıçısı ilə müqaviləni uzadıb

Futbol Futbol
Azərbaycanlı iş adamı Messinin qonağı olub - FOTO

Azərbaycanlı iş adamı Messinin qonağı olub - FOTO

Futbol Futbol
Türkiyəli futbolçu zəlzələ qurbanlarına görə Ronaldunun formasını hərraca çıxarıb

Türkiyəli futbolçu zəlzələ qurbanlarına görə Ronaldunun formasını hərraca çıxarıb

Futbol Futbol
“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

Futbol Futbol
UEFA Çempionlar Liqasının favoritləri açıqlanıb

UEFA Çempionlar Liqasının favoritləri açıqlanıb