Şvabenin Azərbaycana qarşı nifrəti sahiblərindən aldığı sifarişlə bağlıdır - RƏY

Şvabenin Azərbaycana qarşı nifrəti sahiblərindən aldığı sifarişlə bağlıdır - RƏY

Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenın Azərbaycana qarşı nifrəti Avropanın maraqları yox, onun şəxsi maraqları ilə bağlıdır.

Bu sözləri "Report"a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenın ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Frank Şvabeni Almaniyada yaxşı tanıyırlar: "Çünki alman mediası davamlı olaraq onun korrupsiyaya bulaşması və başqa ölkələrin maraqlarına xidmət etməsi barədə yazır. Onun Azərbaycana qarşı nifrəti Avropanın deyil, onun şəxsi maraqlarından irəli gəlir və sahiblərindən aldığı sifarişlə bağlıdır. Belə adamlar bu cür nifrət dolu açıqlamaları ilə Avropa və Almaniyanın dəyərlərinə zidd olaraq sahiblərinin könlünü xoş etmək istəyirlər".

Milli Məclisin üzvü əlavə edib ki, Şvabenin rəhbəri olduğu, ancaq xarici ölkənin nümayəndələrinə məxsus futbol klubundan öz şəxsi mənafeyi üçün istifadə etdiyi, bu klub vasitəsilə maliyyə fırıldaqlarına yol verdiyi barədə Almaniya mediasında dəfələrlə məlumatlar dərc edilib: "Sadəcə, hakim partiyanın üzvü olduğuna görə, onunla bağlı istintaq yekunlaşmır".

"Şvabe həmişə olduğu kimi bu dəfə də öz sözünü yox, sifariş aldığı sahiblərinin sözünü deyir", - A.Mollazadə əlavə edib.