Satınalmalar ilə bağlı sənədləri saxtalaşdırma hallarına görə Baş Prokurorluğa müraciət edilib

Satınalmalar ilə bağlı sənədləri saxtalaşdırma hallarına görə Baş Prokurorluğa müraciət edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında bəzi qanun pozuntusu halları ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

Bu barədə "Birxeber.Az"a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, dövlət satınalmaları ilə bağlı yekun protokollar təhlil edilərkən sahibkarlıq subyektləri tərəfindən bəzi dövlət orqanları adından hazırlanan sənədlərə müdaxilə edilərək saxtalaşdırılmasına dair ilkin dəlillər aşkarlanıb.

Müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Belə ki, “Maybo Calibration” MMC, “Ural As Servis” MMC, “Kremon” MMC, “Tean LM” MMC, “Fərid-FB” MMC və fiziki şəxs Təhməzov Vüqar Rafiq oğlu tərəfindən müxtəlif dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair aşkarlanmış ilkin dəlillər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

Biznes Biznes
Azərbaycan Şri-Lankanın əsas çay idxalçılarından olub

Azərbaycan Şri-Lankanın əsas çay idxalçılarından olub

Biznes Biznes
“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib

“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib

Biznes Biznes
Sahib Ələkbərov: “Azərbaycanla Həştərxan vilayəti arasında ticarət dövriyyəsinin artırılması üzərində işləməliyik”

Sahib Ələkbərov: “Azərbaycanla Həştərxan vilayəti arasında ticarət dövriyyəsinin artırılması üzərində işləməliyik”

Biznes Biznes
Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib

Biznes Biznes
Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanmasına start verildi

Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanmasına start verildi

Biznes Biznes
Dövlət Xidməti: "Vitrin və kassa qiymətlərindəki fərqə görə müraciətlər rekord həddə çatıb"

Dövlət Xidməti: "Vitrin və kassa qiymətlərindəki fərqə görə müraciətlər rekord həddə çatıb"

Biznes Biznes
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır

Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır

Biznes Biznes
Nazir: "İsraillə Azərbaycan arasında ticarət dövriyyəsinin artım tempi müşahidə olunur"

Nazir: "İsraillə Azərbaycan arasında ticarət dövriyyəsinin artım tempi müşahidə olunur"

Biznes Biznes
Şahin Bağırov: "Orta Dəhliz ölkələrinin əsas hədəfi tranzitin asanlaşdırılmasıdır"

Şahin Bağırov: "Orta Dəhliz ölkələrinin əsas hədəfi tranzitin asanlaşdırılmasıdır"

Biznes Biznes
Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün prioritet istiqamətlər açıqlanıb

Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün prioritet istiqamətlər açıqlanıb

Biznes Biznes
İtaliyalı qonaq: “Rusiya-Ukrayna müharibəsi ən çox KOB-lara təsir göstərir”

İtaliyalı qonaq: “Rusiya-Ukrayna müharibəsi ən çox KOB-lara təsir göstərir”

Biznes Biznes
Bakıda növbəti dəfə bal yarmarkası təşkil ediləcək

Bakıda növbəti dəfə bal yarmarkası təşkil ediləcək