Şimal-Baltik hidrogen dəhlizinin yaradılması imkanları araşdırılacaq

Şimal-Baltik hidrogen dəhlizinin yaradılması imkanları araşdırılacaq

“Gasgrid Finland” (Finlandiya), “Elering” (Estoniya), “Conexus Baltic Grid” (Latviya), “Amber Grid” (Litva), “GAZ-SYSTEM” (Polşa) və “ONTRAS” (Almaniya) şirkətləri Şimal-Baltik hidrogen dəhlizinin yaradılması üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün müqavilə imzalayıblar.

Bu barədə “Birxeber.Az-Economics” Polşanın “GAZ-SYSTEM” şirkətina istinadən xəbər verir.

Məlumata görə, tenderin qalibi olan “AFRY Management Consulting” şirkəti Finlandiyadan Baltikyanı ölkələr və Polşa vasitəsilə Almaniyaya qədər transsərhəd hidrogen infrastrukturunun inkişafı şərtlərini, həmçinin regionda yaşıl hidrogen meyllərini təhlil edəcək.

Qeyd olunur ki, tədqiqatın altı ay ərzində başa çatacağı nəzərdə tutulub. Şimal-Baltik hidrogen dəhlizi layihəsinin məqsədi Şimali Avropada yaşıl enerji istehsalı üçün yüksək potensiala malik regionlar ilə Mərkəzi Avropanın əsas istehlak mərkəzləri arasında əlaqə yaratmaqdır.

“Bu layihənin 2030-cu ilə qədər həyata keçirilməsi nəzərdə tutulur”, - məlumatda qeyd olunur.