Şoyqu “Kalibr” və “İskəndər” raketlərinin istehsalına baxış keçirib

Şoyqu “Kalibr” və “İskəndər” raketlərinin istehsalına baxış keçirib

Rusiya müdafiə naziri Sergey Şoyqu Yekaterinburqdakı “Almaz-Antey” zavoduna baş çəkib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Şoyqu “Kalibr” və “İskəndər” raketlərinin istehsalına baxış keçirib.

Rusiya MN başçısı Kalinin adına maşınqayırma zavodunda S-300V və Buk komplekslərinin yığılmasına da baxıb.

Şoyqu qeyd edib ki, hava hücumundan müdafiə sistemləri üçün idarə olunan raketlərin istehsalı planı iki dəfə artıb.