Londonda insanlara qılıncla hücum edilib, 1 nəfər ölüb - YENİLƏNİB

Londonda insanlara qılıncla hücum edilib, 1 nəfər ölüb - YENİLƏNİB

Londonda 36 yaşlı şəxsin qılıncla hücumu nəticəsində yaralanmış 5 nəfərdən biri xəstəxanada vəfat edib.

APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Ölənin 13 yaşlı oğlan olduğu bildirilib. London meri Sadiq Xan hadisə ilə əlaqədar onun ailəsinə başsağlığı verib.

Polis insidentin terror hücumu olmadığını bildirib.

***

14:13

İngiltərədə Londonun şərqində qılıncla silahlanmış şəxs insanlara hücum edib.

APA “Associated Press”ə istinadən xəbər verir ki, nəticədə 5 nəfər xəsarət alıb.

Polislərin də xəsarət aldıqları qeyd olunub.

Hücum edən 36 yaşlı kişi hadisə yerində saxlanılıb.

Lamiyə Şirinova