Astara rayonunda baş vermiş yanğınlar söndürülüb

Astara rayonunda baş vermiş yanğınlar söndürülüb

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri təxirəsalınmaz tədbirlər sayəsində Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə baş vermiş yanğınlar bu gün səhər saatlarında tam söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı İdarəsinin, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli sakinlər iştirak ediblər.

23:07

Astaranın 4 kəndində yanğın davam edir.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“112" qaynar telefon xəttinə Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Görülən tədbirlər sayəsində yanğınların geniş əraziyə yayılmasına imkan verilmədən qarşısı alınıb. Hazırda közərmə ocaqlarının söndürülməsi işləri davam etdirilir.

Yanğınların söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

Havanın küləkli olması və bir sıra istiqamətlərdə relyefin mürəkkəbliyi yanğınlarla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğınların tam söndürülməsi tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Eyni zamanda, Xaçmaz rayonunun Mürşüdoba kəndi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.

20:52

Bu gün axşam saatlarında Astara rayonunun Ovala kəndi yaxınlığındakı meşə sahəsində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova "Report"a bildirib ki, ilkin ehtimala görə, yanğına səbəb sözügedən kənddə yaşayan vətəndaşın həyətyanı sahəsində yandırdığı xəzəllərin güclü külək nəticəsində yaxınlıqdakı meşəyə yayılmasıdır.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

Ekologiya Ekologiya
Hacıqabulda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Hacıqabulda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Ekologiya Ekologiya
Şöbə müdiri azad olunmuş ərazilərdə quraşdırılmış avtomat hidroloji stansiyaların fəaliyyəti barədə danışıb

Şöbə müdiri azad olunmuş ərazilərdə quraşdırılmış avtomat hidroloji stansiyaların fəaliyyəti barədə danışıb

Ekologiya Ekologiya
Sabah Bakıda güclü cənub küləyi əsəcək

Sabah Bakıda güclü cənub küləyi əsəcək

Ekologiya Ekologiya
Azərbaycan parklarının qış görüntüləri - FOTOREPORTAJ

Azərbaycan parklarının qış görüntüləri - FOTOREPORTAJ

Ekologiya Ekologiya
Dünyada vəhşi heyvanların populyasiyası təxminən 70% azalıb

Dünyada vəhşi heyvanların populyasiyası təxminən 70% azalıb

Ekologiya Ekologiya
Azərbaycanda Milli Su Siyasəti Dialoqunun növbəti görüşü keçirilir

Azərbaycanda Milli Su Siyasəti Dialoqunun növbəti görüşü keçirilir

Ekologiya Ekologiya
Yağıntılı hava şəraiti ilə əlaqədar suyun səviyyəsinin kəskin artdığı ərazilər açıqlanıb

Yağıntılı hava şəraiti ilə əlaqədar suyun səviyyəsinin kəskin artdığı ərazilər açıqlanıb

Ekologiya Ekologiya
İşğal dövründə yataqların qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adları açıqlanıb

İşğal dövründə yataqların qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adları açıqlanıb

Ekologiya Ekologiya
NASA quraqlıq və daşqınları proqnozlaşdırmaq üçün kosmosa peyk buraxıb

NASA quraqlıq və daşqınları proqnozlaşdırmaq üçün kosmosa peyk buraxıb

Ekologiya Ekologiya
Sabah hava küləkli olacaq, yağış yağacaq

Sabah hava küləkli olacaq, yağış yağacaq

Ekologiya Ekologiya
Bu il Hirkan meşələrinin UNESKO-nun irs siyahına salınacağı gözlənilir

Bu il Hirkan meşələrinin UNESKO-nun irs siyahına salınacağı gözlənilir

Ekologiya Ekologiya
Naxçıvanda beynəlxalq “Yer saatı 2023” ekoloji aksiyası keçirilib

Naxçıvanda beynəlxalq “Yer saatı 2023” ekoloji aksiyası keçirilib