"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçıya hökm oxunub - YENİLƏNİB

"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçıya hökm oxunub - YENİLƏNİB

"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevə hökm oxunub.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Mahir Qonşuyevə 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından azadlığa buraxılıb. Ona elektron qolbaq tətbiq olunacaq.

14:35

"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror Orxan Kəngərli çıxış edib.

O, təqsirləndirilən şəxs Mahir Qonşuyevin 3 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən meyxanalar paylaşdığı müəyyən edilib.

Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.