AMEA: "Repressiya qurbanı olan tədqiqatçının əlyazması aşkarlanıb"

AMEA: "Repressiya qurbanı olan tədqiqatçının əlyazması aşkarlanıb"

Repressiya qurbanı olmuş özbəkəsilli tədqiqatçı Xalid Səid Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsəri aşkarlanıb.

Bu barədə "Report" a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

AMEA prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərini Azərbaycan dilinə özbək əsilli tədqiqatçı Xalid Səid Xocayev tərcümə edib, lakin 1937-ci ildə Xalid Səid Xocayevin günahsız ittiham olunaraq həbs edilməsindən sonra divanın 1500 səhifəlik əlyazması indiyədək aşkara çıxarılmamışdı: "Uzun axtarışlardan sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xalid Səid Xocayevin tərcüməsinin ilk dəfə olaraq aşkar edilib və üzərində müvafiq transliterasiya və mətnşünaslıq işi aparıldıqdan sonra kitabın nəşrə hazırlanıb.

AMEA-nın Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Divani lüğət-it-türk” əsərinin indiyədək nəşr olunmuş nüsxələrdən əhatəliliyi ilə seçiləcəyini və müqayisəli şəkildə hazırlanacağını, tərcümə prosesinə təcrübəli tərcüməçilərin də cəlb olunduğunu diqqətə çatdırıb.

Sonda repressiya qurbanı olmuş Xalid Səid Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin çapa hazırlanması və nəşrinin təmin edilməsi qərara alınıb.