Azərbaycan XİN başçısının müavini Hindistana səfər edib

Azərbaycan XİN başçısının müavini Hindistana səfər edib

Martın 3-5-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Raisina Dialoq Forumunda iştirak məqsədilə Hindistan Respublikasına işgüzar səfər edib.

Bu barədə "Birxeber.Az" a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədovun Raisina Dialoq Forumunda iştirak və çıxışı, Forumun əsas təşkilatçısı olan “Observer Research Foundation” beyin mərkəzinin vitse-prezidenti Qautam Çikermane ilə müsahibəsi, habelə Hindistan Respublikasının xarici işlər və mədəniyyət üzrə dövlət naziri Menakşi Lexi, Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma ilə ikitərəfli görüşləri baş tutub.

Raisina Dialoq Forumunda çıxış edən nazir müavini Elnur Məmmədov 2016-cı ildən etibarən Yeni Dehli şəhərində keçirilən, beynəlxalq ictimaiyyətin qarşısında duran geosiyasi və geoiqtisadi çağırışlarla mübarizə yollarının müzakirə olunduğu bu platformada Azərbaycanın ilk dəfə iştirak etdiyini məmnunluqla diqqətə çatdırıb. Bu xüsusda, çoxtərəfli əməkdaşlığın beynəlxalq münasibətlər sisteminin transformasiyası dövründə qlobal çağırışlarla mübarizədə hər zamankından daha əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın beynəlxalq birliyin məsuliyyətli üzvü kimi hər zaman qlobal inkişaf gündəliyinə sadiq olduğu, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsinə ardıcıl töhfələr verdiyi diqqətə çatdırılıb.

Post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, bölgədə mövcud vəziyyət barədə forum iştirakçılarını ətraflı məlumatlandıran nazir müavini Elnur Məmmədov, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri apardığını diqqətə çatdırıb. Ermənistan tərəfindən maneələrə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı olduğu vurğulanıb.

Səfər çərçivəsində, həmçinin nazir müavini Elnur Məmmədovun Hindistan Respublikasının xarici işlər və mədəniyyət üzrə dövlət naziri Menakşi Lexi və Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma ilə ikitərəfli görüşləri keçirilib.

Görüşlərdə Azərbaycan və Hindistan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini qarşı tərəfi post-münaqişə dövründə regional vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə məlumatlandırıb.

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Türkiyə XİN rəhbərləri Qarabağdakı antiterror tədbirlərini müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və Türkiyə XİN rəhbərləri Qarabağdakı antiterror tədbirlərini müzakirə ediblər - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
XİN: “Ermənistan sülh və sabitlikdə maraqlıdırsa, “Ağdam-Xankəndi” yolundan istifadəni dəstəkləməlidir”

XİN: “Ermənistan sülh və sabitlikdə maraqlıdırsa, “Ağdam-Xankəndi” yolundan istifadəni dəstəkləməlidir”

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
ÇXR-in xüsusi nümayəndəsi: "Azərbaycan Prezidentinin güclü rəhbərliyi altında əldə edilən uğurlar böyük təəssürat hissi doğurur"

ÇXR-in xüsusi nümayəndəsi: "Azərbaycan Prezidentinin güclü rəhbərliyi altında əldə edilən uğurlar böyük təəssürat hissi doğurur"

Xarici siyasət Xarici siyasət
Prezident: "Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər.  Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə"

Prezident: "Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə"

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN Fransada iğtişaşlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

Azərbaycan XİN Fransada iğtişaşlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

Xarici siyasət Xarici siyasət
XİN bəyanat yayıb

XİN bəyanat yayıb

Xarici siyasət Xarici siyasət
“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib

Xarici siyasət Xarici siyasət
XİN-də Qırğızıstanla diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir

XİN-də Qırğızıstanla diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir

Xarici siyasət Xarici siyasət
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub - YENİLƏNİB-2

Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub - YENİLƏNİB-2

Xarici siyasət Xarici siyasət
Ermənistanın manipulyasiyaları barədə xarici ölkələrin parlamentlərinə müraciət ünvanlanıb

Ermənistanın manipulyasiyaları barədə xarici ölkələrin parlamentlərinə müraciət ünvanlanıb

Xarici siyasət Xarici siyasət
Hikmət Hacıyev: "Azərbaycan baryerlər yaradan ölkələrdən fərqli olaraq yollar salır"

Hikmət Hacıyev: "Azərbaycan baryerlər yaradan ölkələrdən fərqli olaraq yollar salır"