Avstraliya İrandakı vəziyyətlə bağlı Azərbaycan icmasının müraciətinə cavab verib

Avstraliya İrandakı vəziyyətlə bağlı Azərbaycan icmasının müraciətinə cavab verib

Avstraliya hökuməti Azərbaycan icmasının İranda insan hüquqlarının pozulması ilə bağlı məktubunu cavablandırıb.

Bu barədə "Birxeber.Az"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Güney Azərbaycan Demokratik Türk Birliyinin İnsan və qadın hüquqları şöbəsinin müdiri Sara Azərsuna xarici işlər naziri, senator Penni Vonqun adından hökumətin Xarici işlər və ticarət departamentinin ünvanladığı məktubda bildirilib ki, Avstraliya qəzəbləndirici davranışına və etirazçılara qarşı davam edən ölümcül və qeyri-mütənasib güc tətbiqinə görə açıq olaraq İran rejimini fəal və ardıcıl şəkildə pisləyib.

Bildirilib ki, Avstraliya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Cinayət Məcəlləsi siyahısına daxil olunmasını və əməllərinə görə cavabdehliyini tələb edənləri yaxşı başa düşür. Lakin Cinayət Məcəlləsində nəzərdə tutulan siyahı dövlət subyektlərinə deyil, qeyri-dövlət subyektlərinə şamil edilir. İİKK isə tam olaraq İran dövlətinin tərkibinə daxildir və Cinayət Məcəlləsindəki terror təşkilatları haqqında müddəaların təsir dairəsinə düşmür: “Hökumət hesab edir ki, səfirliklər və diplomatik personal hökumətlər arasında rəsmi əlaqələri saxlamaq üçün vacibdir. Diplomatik əlaqələrimiz bizi narahat edən məsələlər, o cümlədən İranda insan haqlarının vəziyyəti ilə bağlı İran hökumətinə birbaşa müraciət etməyə imkan verir”.

Qeyd edilib ki, sanksiyalar hökumətin insanların hüquqların pozulmasına reaksiya vermək üçün istifadə edilə bilən tədbirlərdən yalnız biridir və Avstraliya hökuməti vəziyyəti, eləcə də digər mülahizələri diqqətlə qiymətləndirir.

İranda insan haqları ilə bağlı vəziyyətin Avstraliyanı çoxdan və ciddi şəkildə narahat etdiyinə, Avstraliya hökumətinin İranda etirazçıların edamını açıq şəkildə pislədiyinə, bütün edamların dərhal dayandırılmasına çağırdığına diqqət cəlb edilib.

“Hökumət İranda etnik və dini azlıqlara, qadınlara və qızlara qarşı rəftardan narahatdır. Bu yaxınlarda biz BMT-nin İqtisadi və Sosial Şurasının 14 dekabr 2022-ci il tarixli iclasındakı milli bəyanatımızda bu narahatlığı açıq şəkildə bildirdik. Avstraliya hökuməti bundan sonra da məqsədyönlü və strateji olaraq insan hüquqlarının müdafiəsi məqsədilə rejimə təzyiq göstərməyə davam edəcək”, - məktubda vurğulanıb.

Diaspor Diaspor
Naxçıvan sakinləri "ASAN Xidmət"dən istifadə edə biləcəklər

Naxçıvan sakinləri "ASAN Xidmət"dən istifadə edə biləcəklər

Diaspor Diaspor
Azərbaycan icması Niderland parlamentini obyektiv mövqe tutmağa çağırıb

Azərbaycan icması Niderland parlamentini obyektiv mövqe tutmağa çağırıb

Diaspor Diaspor
Azərbaycan diasporunun fəalları ABŞ-da şəhər meri ilə görüşüblər

Azərbaycan diasporunun fəalları ABŞ-da şəhər meri ilə görüşüblər

Diaspor Diaspor
Sankt-Peterburqda həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb

Sankt-Peterburqda həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb

Diaspor Diaspor
Almaniyanın Koblenz şəhərində azərbaycanlıların yeni idman klubu açılıb

Almaniyanın Koblenz şəhərində azərbaycanlıların yeni idman klubu açılıb

Diaspor Diaspor
Fransa Senatının qarşısında ermənipərəst qətnamənin qəbuluna qarşı aksiya keçiriləcək

Fransa Senatının qarşısında ermənipərəst qətnamənin qəbuluna qarşı aksiya keçiriləcək

Diaspor Diaspor
Ontario parlamentinin önündə Azərbaycan Bayrağı qaldırılıb

Ontario parlamentinin önündə Azərbaycan Bayrağı qaldırılıb

Diaspor Diaspor
Odessada Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Odessada Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Diaspor Diaspor
Vyanada Avstriya azərbaycanlıları ilə görüş keçirilib

Vyanada Avstriya azərbaycanlıları ilə görüş keçirilib

Diaspor Diaspor
Azərbaycanlılar Fransa Milli Assambleyasına etiraz məqsədilə sosial şəbəkələrdə kampaniya keçirib

Azərbaycanlılar Fransa Milli Assambleyasına etiraz məqsədilə sosial şəbəkələrdə kampaniya keçirib

Diaspor Diaspor
Antalyada Əhməd Cavadın 130 illik yubileyi qeyd edilib

Antalyada Əhməd Cavadın 130 illik yubileyi qeyd edilib

Diaspor Diaspor
Romada İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Romada İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib