Dövlət Komissiyası: İtkin düşən şəxslərin siyahıları dəqiqləşdirilib, onların ailələrindən nümunələr götürülüb

Dövlət Komissiyası: İtkin düşən şəxslərin siyahıları dəqiqləşdirilib, onların ailələrindən nümunələr götürülüb

İtkin düşən şəxslərin siyahıları dəqiqləşdirilib, onların ailələrindən nümunələr götürülüb.

“Report”un xəbərinə görə, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov aprelin 30-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdəki kütləvi məzarlıqlarda qazıntı işləri aparılıb: “İtkin düşmüş vətəndaşlarımızın taleyinin araşdırılması istiqamətində işlər aparılır”.