Bakıda 62 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakıda 62 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1962-ci il təvəllüdlü Hacıəliyeva İradə Qulu qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.