DYP-dən “TEKNOFEST”lə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən “TEKNOFEST”lə bağlı sürücülərə MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi avtomobil sürücülərinə və paytaxt sakinlərinə müraciət edib.

Birxeber xəbər verir ki, İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov müraciətdə bildirib:

"2022-ci ilin may ayının 26-dan 29-dək 4 gün boyunca "Bakı Kristal Holl" və onun ətrafı Dənizkənarı Bulvarda regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Aviasiya Festifalı keçiriləcəkdir.

Festivalın keçiriləcəyi əraziyə 08.30-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası avtobus xidməti təşkil edilib.

Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq paytaxtın 28 may metrostansiyası yaxınlığından birbaşa Bayraq Meydanı ərazisinə və geriyə “Baku Bus” MMC-nin avtobusları ilə hərəkət edəcəklər.

Eyni zamanda əraziyə sərnişinlərin daşınmasında “Bakı Taksi” MMC-yə məxsus olan ekoloji təmiz taksilər də hərəkət edəcəklər. Bununla əlaqədar həmin istiqamətə müasir texnikaların, digər avadanlıqların gətirilməsi eləcə də ölkəyə gələn qonaqların qarşılanması, onların yerləşdirilməsi və bu tədbirin tam təhlükəsiz şəkildə başa çatdırılması üçün bildirilir ki, vəziyyətdən və şəraitdən aslı olaraq Dənizkənarı Bulvar və "Kristal Holl" istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyula və istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər. Odur ki, Festival iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə tədbir zamanı şəxsi avtomobillərlə mümkün qədər az, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir.

Unutmayaq ki, tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola bilər. Ona görə də keçirilən festifalın ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, "Kristal Hall" və ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyü nəzərə alınmalıdır.

Əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsinə, vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə görə bütün hərəkət iştirakçılarına, sürücülərə isə anlayışlarına görə təşəkkür edirik".

Birxeber
Sosial Sosial
Yararsız vəziyyətə düşmüş qaz sayğacının dəyişdirilməsi kimin hesabına həyata keçirilir?

Yararsız vəziyyətə düşmüş qaz sayğacının dəyişdirilməsi kimin hesabına həyata keçirilir?

Sosial Sosial
İstehlaka yararsız ət aşkarlanıb - FOTO

İstehlaka yararsız ət aşkarlanıb - FOTO

Sosial Sosial
Bu küçələrdə sıxlıq müşahidə olunur – Siyahı

Bu küçələrdə sıxlıq müşahidə olunur – Siyahı

Sosial Sosial
Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahıları hazırlanır

Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahıları hazırlanır

Sosial Sosial
BDU-nun qarşısındakı "qıl körpüsü" problemini "həll" etdilər - FOTO

BDU-nun qarşısındakı "qıl körpüsü" problemini "həll" etdilər - FOTO

Sosial Sosial
Həkim: “Yumşaq və elastik oturacaqlar onurğaya düşən yükü artırır”

Həkim: “Yumşaq və elastik oturacaqlar onurğaya düşən yükü artırır”

Sosial Sosial
Körfəzdə yanacaq qaçaqmalçılığına cəhd edən gəmi saxlanılıb

Körfəzdə yanacaq qaçaqmalçılığına cəhd edən gəmi saxlanılıb

Sosial Sosial
2 275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

2 275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Sosial Sosial
Oruc tutan diabet xəstələrinə çağırış

Oruc tutan diabet xəstələrinə çağırış

Sosial Sosial
Ukraynada girovluqdan azad olunan tələbə Azərbaycan diasporuna TƏHVİL VERİLDİ

Ukraynada girovluqdan azad olunan tələbə Azərbaycan diasporuna TƏHVİL VERİLDİ

Sosial Sosial
Ölkədə pomidorun bahalaşmasının səbəbləri açıqlanıb

Ölkədə pomidorun bahalaşmasının səbəbləri açıqlanıb

Sosial Sosial
FHN-in amfibiya təyyarəsi Türkiyəyə çatdı

FHN-in amfibiya təyyarəsi Türkiyəyə çatdı