İranın "F-7" qırıcısı qəzaya uğradı: Pilotlar həyatını itirdi
İran Hərbi Hava Qüvvələrinə məxsus "F-7" döyüş təyyarəsi təlim uçuşları zamanı qəzaya uğrayıb.
Birxeber xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Hadisə yerli vaxtla 08:30-da İsfahan vilayətinin şərqində baş verib. Qəza zamanı pilotlar – mayor Qasım Zamani və leytenant Məhəmməd Cavad Baini həyatını itiriblər.
Birxeber