Şərurda avtomobil piyadanı vurub öldürdü
Şərur rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə Birxeber-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 23-də saat 9 radələrində Şərur rayonunun Xanlıqlar kəndi ərazisində kənd sakini K.Həsənov idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolun kənarı ilə gedən həmkəndlisi Adil Cəlilovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Şərur Rayon Polis İdarəsində araşdırma aparılır.
Birxeber